AŞPA prezidenti Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskienin sentyabrın 11-12-də Azərbaycana nəzərdə tutulan rəsmi səfərinin proqramı açıqlanıb.

 

Məlumata görə, AŞPA prezidenti ikigünlük səfər çərçivəsində Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

 

Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, İntizam komissiyası, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşləri nəzərdə tutulub.

 

Eyni zamanda L.M.Paskie sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa” adlı “dəyirmi masa”da da iştirak edəcək(Report).

10 Sentyabr 2019, 14:42   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß