"Nəsiminin qəzəli məndən sonra yadlarına düşdü" — Afət Fərmanqızı Sami Yusifin ifası haqda

ŞOU-BİZNES 10 sen 2019, 14:10

Azərbaycanda Nəsimi ilə əlaqədar Amerikada yaşayan əslən cənubi azərbaycanlı müğənni Sami Yusif Nəsiminin "Sığmazam" əsərini ifa edib.


 
Bu əsəri ilk dəfə ifa edib tənqidlərə məruz qalan isə müğənni Afət Fərmanqızı olub.


 
Afət Sami Yusifin bu əsəri oxumasını şərh edib.


 
O bildirib ki, bu qəzəli ilk olaraq o ifa edib və milyonların sevimlisinə çevrilib:


 
"Məndən sonra kim oxusa, yenə də mənim uğurumdu. Çünki, qəzəl məndən sonra yadlarına düşdü. Mən, Nəsiminin adına bazar adı verməmişəm ki, mənim bu məsələdə fikrim önəmli olsun. O türkə ve onun reklamına qoyulan pulun 10 faizini xəstə uşaqların müalicəsinə və yaxud öz müğənnilərimizə qoysanız, pis olmazdı. Amma, nə etsəz də xeyri yoxdu. Rekord məndədi, tək başıma, heç bir maliyyə dəstəyi olmadan, cəmi 200 manat pul xərcləməklə xalqa qəzəli tanıtmışam. 5 aya 11 milyon baxış sayı toplamışam".

 

Qeyd edək ki, Sami Yusifin bu gün təqdim etdiyi klipə qısa zaman ərzində rekord sayda baxış olub. (Azxeber.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top