İlham Əliyevin nəvəsi ulduz futbolçu ilə bir arada — FOTO

MARAQLI 10 sen 2019, 11:57

Prezident İlham Əliyevin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və müğənni-bəstəkar Emin Ağalarovun övladı Mikayıl sosial şəbəkədə ulduz futbolçu Luka Modriçlə fotosunu paylaşıb. 


Demokrat.az xəbər verir ki, futbola marağı olan Mikayıl Xorvatiya yığmasının kapitanı Modriçlə şəkil çəkdirib. 


Qeyd edək ki, Azərbaycan və Xorvatiya milliləri dünən "Bakcell Arena"da qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.(Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top