"Xüsusi Xidmət Orqanları Konfransı qlobal səviyyədə təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir" — Politoloq

GÜNDƏM 10 sen 2019, 10:41

Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi baxımından çox məhsuldar olub.


Demokrat.az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının əhəmiyyətini şərh edərkən politoloq Arzu Nağıyev deyib.


A.Nağıyev bildirib ki, tədbir iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdi və görüşdə çox mühüm əhəmiyyət kəsb edən məsələlərə toxundu:


“Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu gün dünyada baş verən proseslər, müxtəlif dövlətlərə olan təhdidlərin qarşısının alınması və bu məsələdə belə konfransların əhəmiyyəti ilə bağlı idi. Cənab Prezident iclas iştirakçılarına təbrik məktubu da ünvanladı. Təbrik məktubunda əsas məqamlara toxunan İlham Əliyev müasir dünyada sülhə və sabitliyə nail olmaq üçün hansı prioritet istiqamətlərdə işin vacib olduğundan, regional və qlobal təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətlərinin koordinasiya edilməsinin zəruriliyindən bəhs etdi. Cənab Prezident bir daha qardaş türkidilli ölkələrin əlaqələrinin möhkəmlənməsinin Azərbaycan üçün də xüsusi önəm kəsb etdiyini vurğuladı. Eyni zamanda, dövlət başçısı regional təhlükəsizliyin təmin edilməsi üçün ekstremizmin, terrorçuluğun, separatçılığın, qeyri-qanuni miqrasiyanın, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması, transmilli cinayətkar qruplara qarşı mübarizənin daha da gücləndirilməsindən bəhs etdi".

 

Image result for Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası


Politoloq qeyd edib ki, cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, bu gun Azərbaycan və onun xüsusi xidmət orqanları beynəlxalq təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş olaraq qəbul edilir.


A.Nağıyev vurğulayıb ki, hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir: 


“Bu məqamlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin də çıxışında öz əksini tapdı. Diqqət çəkən məqamlardan biri də son iclaslarda müşahidəçi qismində iştirak edən Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidmətinin artıq konfransın daimi üzvü olması üçün müraciət etməsi oldu və bu da müsbət qarşılandı. Belə tədbirlərin təşkil edilməsi bir daha göstərir ki, bu gün istər qlobal, istər regional səviyyədə, istərsə də ölkələrin özlərinə qarşı yönələn təhdidlərin qarşısının alınması baxımından bu konfrans mühüm əhəmiyyətə malikdir”.

 

Image result for Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası


Qeyd edək ki, sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.


İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də müşahidəçi qismində Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli əməkdaşı iştirak edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top