Millimiz ilk xalını Xorvatiyadan aldı

İDMAN 09 sen 2019, 22:03
Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu komandamızın ilk xalı olub. E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq. Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub. Xatırladaq ki, Azərbaycan Avro-2016-nın seçmə mərhələsində Bakıda Xorvatiyaya qarşı matçda da heç-heçə etmişdi - 0:0. 9 sentyabr 20:00. Azərbaycan - Xorvatiya - 1:1 Qollar: Modriç, 11-pen (0:1), Təmkin Xəlilzadə, 72 (1:1) Baş hakim: Sandro Şerer "Bakcell Arena" 22:45. Macarıstan - Slovakiya "Qrupama Arena". Qol.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top