"Tarixboyu qana doymayan ermənilər sabitliyin təmin olunmasına imkan vermirlər" — Bilal Dündar

Yüz illərdir türk xalqlarının mehriban qonşuluq siyasətindən istifadə edən ermənilər daim bu coğrafiyada qətliamlar ediblər. Birinci Dünya müharibəsi zamanında Osmanlı imperiyasının süqutundan istifadə edən erməni terrorçuları bu ərazidə yaşayan müxtəlif xalqlara qarşı amansız vəhşiliklər törədiblər.


Demokrat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.


O qeyd edib ki, sonrakı dövrlərdə də analoji terror azərbaycanlılara qarşı edilib. Dağlıq Qarabağ ərazisində Xocalı rayonunda erməni cinayətkarları tərəfindən törədilən soyqırımı dünya tarixinin ən böyük vəhşiliyidir. B.Dündarın sözlərinə görə, Xocalıda və Dağlıq Qarabağın müxtəlif şəhər və rayonlarında baş verən cinayətlərin həyata keçirilməsində ASALA terror təşkilatının bir nömrəli qatilləri iştirak edirdi. Həmin cinayətkarlar 1980-ci illərdə dünyanın fərqli ölkələrində onlarla türkiyəli diplomatı qətlə yetirdi.


Federasiya sədri əlavə edib ki, Türkiyə və Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunması üçün çalışsa da, erməni təxribatı bu gün də davam edir. Bilal Dündar qeyd edib ki, Yerevanda terrorçu Soqomon Tehrleryanın heykəlinin ayaqları altında Tələt paşanın kəsik başını qoyan ermənilər gələcək nəslə türk düşmənçiliyini təbliğ edirlər.


B.Dündar vurğulayıb ki, tarixboyu münaqişələrə və qana doymayan ermənilər sülh və sabitliyin təmin olunmasına imkan vermirlər.

9 Sentyabr 2019, 18:11   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß