"Pana film" "Kurtlar vadisi"nin geri dönməsi məsələsinə aydınlıq gətirdi

DÜNYA 09 sen 2019, 22:28

"Pana film" şirkəti bu gün "Kurtlar Vadisi"nin yenidən ekrana dönməsi ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərləri təkzib edib.


Şirkət serialın rəqəmsal kanal "Netflix"də nümayiş olunacağı xəbərini yalanlayıb:


"Mətbuatda çıxan xəbərlərin heç biri həqiqəti əks etmir. Bundan sonra serialla bağlı bütün yeni xəbərlər şirkətin rəsmi sosial şəbəkə hesablarında açıqlanacaq. Başqa səhifələrdə və ya mətbautda yayılan xəbərlərə inanmamağı tövsiyə edirik".


Qeyd edək ki, bu gün Türkiyə mətbuatında serialın rəqəmsal kanal "Netflix"də nümayiş olunacağı ilə bağlı xəbərlər yayılıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top