"Kurtlar Vadisi" geri dönür

ŞOU-BİZNES 09 sen 2019, 19:37

Türkiyənin reytinqli "Kurtlar Vadisi" serialı yenidən ekranlara qayıdır.

 

Serial rəqəmsal kanal "Netflix"də nümayiş olunacaq. Artıq Necati Şaşmazın "Pana" film şirkəti ilə "Netflix" rəhbərliyi arasında razılaşma əldə olunub.  

 

Çəkilişləri noyabrda başlayacaq serialda Necati Şaşmaz və Defne Samyeli baş rolda oynacaq. 2020-ci ildə yayımlanacaq seriala tamaşaçılar hər həftə "Netflix"də baxa biləcək.

 

"Kurtar Vadisi Xaos" adlanacaq serialda 15 iyul dövlət çevrilişindən sonra baş verən hadisələr öz əksini tapacaq. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top