Əli Əhmədov: "Yazıqlar olsun ki, xaricdəki müxalifət nümayəndələri Ermənistana heyranlıqlarını gizlədə bilmirlər" — FOTOLAR

GÜNDƏM 09 sen 2019, 10:54

"Dünən hərbi hissəyə getdim. Əsgərlərimizlə görüşdüm. Onlarla bir yerdə yemək yedik. Bir daha Ordumuzla, qəhrəman əsgərlərimizlə qürur duydum. Onlar əsl igidlərdir. Məlum aprel döyüşlərini yaradan igidlər. Azərbaycan fəxr edə bilər ki, belə ordumuz, belə qəhrəman əsgərlərimiz var". 


Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-partiyanın İcra katibi Əli Əhmədov bildirib. 


Ə.Əhmədov deyib ki, bu cangavərlərin qarşısında heç kim duruş gətirə bilməz:


"Ermənilər də bilir. Ona görə də siyasi şoular təşkil edir, zəiflik, gücsüzlük kompleksini ört-basdır etməyə çalışırlar. Yazıqlar olsun ki, xaricdə sığınacaq tapmış müxalifət nümayəndələri Ordumuzla fəxr edib qürur duymaq əvəzinə Ermənistana və onun prezidentinə heyranlıqlarını gizlədə bilmirlər. Onlara nə ad verək, əziz dostlar, bəlkə siz deyəsiniz.


Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması heç kimdə sübhə doğurmasın. Münaqişəni həll etmək üçün danışıqlar prosesində iştirak etməyimiz, danışıqların uzanması belə şübhələrin yaranmasına rəvac verə bilməz və verməməlidir. Çünki son sözü Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı deyəcək.


Eşq olsun Azərbaycan əsgərinə".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top