Ailəsində qalmaqal yaşayan MƏMURLAR

GÜNDƏM 08 sen 2019, 23:03

Azərbaycanlı iri məmurların bəziləri mətbuatın gündəminə adətən haqlarındakı korrupsiya ittihamları, dəbdəbəli həyat tərzləri ilə gəlirlər. Lakin zaman-zaman onların adları ailədaxili qalmaqallarda, yaxın qohumları ilə ixtilaflarda da hallanır.

“Qaynarinfo” saytı ailəsindəki qalmaqallar, ixtilaflarla medianın gündəminə düşmüş bəzi məurların siyahısını hazırlayıb. Sayt öncə Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun ailəsindəki ixtilafları xatırladıb. Qeyd edib ki, N.İbrahimov qardaşı – “Avesta” konsernin prezidenti Hacı İbrahim İbrahimovla (Nehrəmli) uzun müddətdir küsülüdürlər. 

Hətta İ.Nehrəmli ötən il qardaşının postundan uzaqlaşdırılmasına mövqeyini soruşan jurnalistlərə acıqlı şəkildə “Xahiş edirəm, mənə adını çəkdiyiniz şəxs barədə sual verməyin. Məndən özümə aid nə istəyirsiz, soruşun, onun haqqında isə heç nə”, – deyə cavab vermişdi.

1567857418_1

İbrahimov qardaşları arasında soyuqluğun, hətta birinin digərindən ictimai şəkildə imtina etməsinin konkret səbəbi bəlli deyil, ancaq bunun kökündə biznes məsələlərinin dayandığı ehtimal edilir.

Nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərovun adı isə uzun müddət baldızının övladları ilə qalmaqalda hallanıb. Onun baldızı oğlu Rahib Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda ittiham edilib. 

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il müddətinə azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.

Bu işdə Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçirdi. O, bir müddət ölkəni tərk etmişdi. Lakin sonradan Bakıya qayıdaraq məhkəmə prosesində şahid kimi ifadə vermişdi. E.Əsgərov bu işlərdə Hüseynov qardaşlarını ittiham edərək özünü məsuliyyətdən azad etməyə çalışmışdı.

arif

Elə A.Əsgərovun baldızı da bu fikirdə idi: o, bacısının ərini E.Əsgərovu məsuliyyətdən yayındıraraq, bütün günahı onun oğlanlarının üzərinə qoymaqda və həbsə yollamaqda suçlayırdı.

Deputat Sona Əliyeva isə ötən il anası və qardaşı ilə öncə mətbuat, sonra isə məhkəmə vasitəsilə üz-üzə gəlmiş, bir-birinin ünvanına kəskin ittihamlar səsləndirmişdilər. 

“Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə, biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”, – deyə xanım deputatın anası Bəsirə Əliyeva şikayətlənmişdi.

Deputatla anası və qardaşları arasındakı qarşıdurmanın kökündə isə mal-mülk davası dururdu.

1567857483_3

Bu yaxınlarda Az.TV sədrliyindən kənarlaşdırılan Arif Alışanov isə həyat yoldaşı ilə ciddi problem yaşadıqdan sonra boşanmalı olubmuş. 

Onun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanovanın belə qərar qəbul etməsinə səbəb kimi isə “dövlət teleradiosunun rəhbəri olmasına baxmayaraq, özünü bu postda qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı” göstərilirdi. Bu ailədaxili narazılıq boşanmaya qədər uzanıb.

1567857414_4

O da maraqlıdır ki, həmin boşanmanın üstündən çox keçməmiş Az.TV-nin keçmiş rəhbəri yenidən, ikinci dəfə ailə qurub. 

Məlumata görə, Arif Alışanov “Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə evlənib. Cütlüyün izdivacdan bir oğlu var.

1AZ

Bir zamanlar hazırda Baş nazirin müavini olan Hacıbala Abutalıbovun ailəsində də oğlu ilə bağlı qalmaqallı situasiya yaranmışdı: belə ki, İsrafil Abutalıbovun radikal dini qruplardan biri ilə yaxınlaşdığı və həyat tərzini buna uyğun qurduğu iddia edilirdi. 

Yazılanlara görə dəbdəbəli həyatdan əl çəkən İ.Abutalıbov tamamilə dəyişib, evə qapılaraq gündə 5 rükət namaz qılmağa başlayıbmış, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirirmiş. 

O, evdə valideynləri ilə tez-tez, uzun-uzadı söhbət və mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da “Allah yoluna gəlməsini”, hətta israrla atasının vəzifədən getməsini tələb edirmiş.

3

Oğul Abutalıbovun bu mübahisələrin ardınca bir ara ölkəni tərk etdiyi belə vurğulanırdı, ancaq sonradan məsələ yoluna qoyuldu.

Onun əvvəlki radikal dini baxışlardan uzaqlaşsa da, hazırda inanclı həyat keçirməyə, bundan başqa, yenidən atasının biznesinin idarə olunmasında fəal iştirak etməyə başladığı deyilir.

Bu yaxınlarda isə Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev öz oğlunun əleyhinə bəyanatla çıxış etmişdi. 

Keçmiş nazir həmin addımı oğlu Mone Quliyevin “Azadlıq” qəzetinə verdiyi müsahibədən sonra atdığını açıqlamışdı. Həmin müsahibədə isə oğul Quliyev iqtidar əleyihinə bir sıra fikirlər səsləndirmişdi.  Nəticədə, hazırda ABŞ-da yaşayan M.Quliyevlə atasının münasibətləri tamam pozuldu.

4

"AzPolitika.info" bu siyahıya əlavə olaraq, övladları ilə medianın gündəminə düşən məşhur ailələrdən bəzilərini də xatırladır. Məsələn, son illərin ən güclü qalmaqallarından biri Baş nazirin müavini Əli Həsənovun ailəsi ətrafında baş verdi. Onun nəvəsi, 1994-cü il təvəllüdlü Nail Allahverdiyevin 2017-ci il avqustun 3-də idarə etdiyi “Gelandewagen” markalı avtomobillə törətdiyi, 2 nəfərin ölümü, ikisinin xəsarət alması ilə nəticələnən qəza aylarla medianın gündəmindən düşmədi.

Xatırlatmaq yerinə düşər ki, Nail Allahverdiyev 2 nəfərin ölümünə səbəb olsa da, babası onun ciddi cəza almasına imkan vermədi. 

Belə ki,  Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilən Nail Allahverdiyevə cəmi 6 il həbs cəzası təyin edilmişdi, indi isə artıq o azadlıqdadır. Babası onun cəmi bir il həbsdə qalmasına imkan verdi. Ötən ay Ali Məhkəmə Nail Allahverdiyevİn üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb. Məhkəmə N.Allahverdiyevə 3 il sınaq müddəti müəyyənləşdirib.

nail-eli-hesenov1

Övladına görə aylarla medianın gündəmindən düşməyən məmurlardan biri də Respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini işləmiş general Novruzəli Orucovdur. 

Novruzəli Orucovun oğlu Rüstəm Orucovun yol hərəkəti qaydalarını pozduqdan və qəza vəziyyəti  yaratdıqdan sonra avtobus sürücüsünü döyməsi hətta generalın vəzifəsini itirməsinə də gətrib çıxardı.

Belə ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, 2017-ci il iyulun 3-də Novruzəli Orucovun oğlu Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq qəflətən  marşrut avtobusunun qarşısına geçmiş, qəza vəziyyəti yaratmışdı. 

Bu zaman ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovu təhqir etmiş, bununla da kifayətlənməyərək onun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olmuşdu. 

Sonra da dostları ilə birlikdə vətəndaşların gözü qarşısında həmin sürücünü döyərək, ona ağır  xəsarətlər yetirmişdi. Bu xuliqanlıq hərəkətinə görə generalın oğlu v 4 il 6 ay, dostları Pərviz Abbasov və Kənan Vəliyev isə  1 il 6 ay müddətinə azadlıqdan məhrum edimişdi.

5430ae9247bfd32c70c979b28352582f

Atası – general-mayor Novruzəli Orucov isə məhz oğlunun xuliqanlıq hərəkətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilimişdi. Rüstəm Orucov isə bu gün də həbsxanadadır. 

Bunlar yaxın keçmişdə qeydə alınan hadisələrdir. Əslində isə belə statistika kifayət qədər genişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top