Çernobıla rekord sayda turist axını var

DÜNYA 08 sen 2019, 19:25

Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının qəzasından sonra nəzarətsiz qalan zonalara turist axını rekord həddə çatıb.

 

Demokrat.az AZƏRTAC-a  istinadən xəbər verir ki, bu ilin 8 ayı ərzində nəzarətsiz ərazilərə 75 min turist gəlib. Təkcə avqust ayında 15 min turist Çernobıl hadisəsinin yaratdığı xarabalıqları müşahidə edə bilib. Bu da ilin əvvəlindən 5 dəfə çox deməkdir.

 

Qeyd edək ki, həmin zonalara turistlərin aparılması üçün 21 marşrut təsdiqlənib. Ötən il Çernobıl zonasını 63 min turist ziyarət edib. Ukrayna Prezidenti Vladimir Zelenski isə bəyan edib ki, Çernobıl zonası Ukrayna iqtisadiyyatının artımı üçün səmərəli istifadə edilməlidir.

 

Xatırladaq ki, 1986-cı il 26 aprel tarixində Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda fəlakətli nüvə qəzası baş verib. Nəticədə Pripyat ölü şəhərə çevrilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top