“Azərbaycanla effektiv münasibətlərin qurulması vacibdir” - Gürcüstanın baş naziri postuna namizəd

SİYASƏT 08 sen 2019, 16:04

“Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistanla effektiv və pozitiv münasibətlər qurması çox vacibdir”.

 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxaria parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, bu ölkələrlə əlverişli siyasi və iqtisadi münasibətlərin qurulması üçün olduqca dəqiq və fəal iş aparılmalıdır.

 

Qeyd edək ki, hazırda Gürcüstan parlamentində G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top