Daha bir ulduz futbolla vidalaşdı

İDMAN 08 sen 2019, 09:57

Afrika qitəsinin ən məşhur və titullu futbolçularından sayılan Samuel Eto'o karyerasını bitirib.

 

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, kamerunlu ulduz bu vaxtadək 25 kuboka sahib olub. Onun son klubu "Qatar Sports Club" idi. 

 

38 yaşlı hücumçu karyerası ərzində "Real", "Malyorka", "Barselona", "Çelsi", "İnter", "Everton" və "Sampdoriya" kimi böyük klublarda çıxış edib.  Veteran futbolçu bir müddət "Anji"də, karyerasının sonlarına yaxın "Antalyaspor" və "Konyaspor"da top qovub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top