Dünya hesabatı açıqlandı — Azərbaycan Ermənistandan irəlidədir

İQTİSADİYYAT 07 sen 2019, 18:08

Azərbaycan Ümumdünya İqtisadi Forumunun "Turizm və səyahətin rəqabət qabiliyyəti" adlı hesabatında 140 ölkə arasında 71-ci yeri tutub. 


Demokrat.az xəbər verir ki, hesabat iki ildə bir dəfə yayımlanır və indeks özündə 10 komponenti birləşdirir.


Onlar arasında işgüzar mühit, təhlükəsizlik, insan resursu, qiymətlərin rəqabət qabiliyyəti, ekoloji davamlılıq, infrastrukturun inkişafı, təbiət və mədəniyyət resursları var. 


İndeksə əsasən, Azərbaycan 10 komponent üzrə 3,8 bal toplayıb. 


Qonşu ölkələrdən Rusiya 39-cu, Türkiyə 43-cü, Gürcüstan, 68-ci yerdə qərarlaşıb. Ermənistan siyahıda 78-ci yerdədir. 


Reytinqə İspaniya, Fransa, Almaniya, Yaponiya və ABŞ başçılıq edir. 


Siyahıda sonuncu yerləri Liberiya, Çad və Yəmən tutub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top