"Təxribatla məşğul olmayın, Siyavuş Novruzov mənim dostumdur" — Ziya Məmmədov

GÜNDƏM 07 sen 2019, 13:42

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və istefaya göndərilmiş şəxslərin ünvanına sərt ittihamlar səsləndirib.

 

Millət vəkili sabiqləri mövqesizlik nümayiş etdirməkdə suçlayıb.


Sfera.az saytı səsləndirilən ittihamlarla bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi yaradıb. 


Sabiq nazir əməkdaşımıza qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: "Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

 

Image result for siyavuş novruzov


Xatırladaq ki, S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək onları xaricdə hakimiyyət əleyhinə fəaliyyət göstərən mühacirləri maliyyələşdirməkdə də ittiham edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top