Qubada ayının təsərrüfatlara hücumu ilə bağlı İşçi Qrup yaradılıb

SOSİAL 06 sentyabr 2019, 23:03

Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

 

Nazirlikdən verilən məlumata görə, ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top