“Rəsulzadəni də, Elçibəyi də bütə çevirmək fikrində deyilik…” – İSA QƏMBƏR LEYLA YUNUSA SƏRT CAVAB VERDİ

Bunlar o qədər mənasız söhbətlərdir. Təəssüf edirəm ki, kimlərsə bu mövzunu qaldırırlar və kimlərsə onu aktuallaşdırırlar. Yəni, absurdun absurdudur. Əbülfəz Elçibəy Azərbaycanda xalq hərəkatına rəhbərlik edib. Azərbaycanın müstəqil dövlət kimi formalaşması, demokratiyanın inkişafı üçün möhtəşəm addımlar atan şəxsiyyətdir. Rus ordusunun Azərbaycandan çıxarılmasını götürək. “KQB agenti” rus ordusunu Azərbaycandan çıxarası idi?

 

Demokrat.az  xəbər verir ki, bunu eks-spiker, “Müsavat”ın sabiq başqanı İsa Qəmbər bbc.com-a müsahibəsində deyib.

 

Onun sözlərinə görə, bunlar o qədər mənasız ittihamlardır, heç bir tənqidə dözmür

 

“”KQB agenti” Azərbaycanda demokratiyanın, siyasi-iqtisadi azadlıqların bərqərar olmasına yönəlik addımlar atardı? “KQB agenti” mətbuatın formalaşması üçün gərəkən addımlar atardı? Yəni, bunlar o qədər mənasız ittihamlardır, heç bir tənqidə dözmür. Ona görə də bu cür mübahisələri tamam yersiz sayıram. Bu mövqeni qərəzli hesab edirəm. Bəli, Əbülfəz Elçibəy də insan idi, onun da insan kimi yanlışları ola bilərdi, bu yanlışları tənqid etmək də olar, bu, normaldır. Heç kim büt deyil.

elçibəy

leyla-yunus-034y

Ä°SAA-3

Biz Rəsulzadəni də bütə çevirmək fikrində deyilik, o da tənqiddən kənarda qalmamalıdır. Ancaq bu böyük şəxsiyyətlər, Azərbaycan tarixində həlledici mövqe tutmuş, işlər görmüş adamlar haqqında çıxışlarda bir qədər məsuliyyətli davranmalıyıq. Tənqid də fakta əsasalanmalıdır. Leyla Yunus Elçibəyin agent olduğunu deyir və bunu əsaslandırmaq üçün Heydər Əliyevin çıxışına istinad edir. Sən onu Heydər Əliyevin çıxışı ilə dəyərləndirəcəksən? Bu qədər absurd davranmaq olmaz. Çox ziyanlı söhbətdir. Eyni zamanda əminəm ki, bu söhbətlər Əbülfəz Elçibəyin yox, bu söhbəti edənlərin kimliyini açır, onlara ictimai qiymət verməyə zəmin yaradır. Özünü tarixçi adlandıranlar bir az məsuliyyətli davranmalıdırlar…”-deyə, o, sözlərinə əlavə edib.

 

Demokrat.az

6 Sentyabr 2019, 21:28   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß