Xınalıqla bağlı böyük konsepsiya hazırlanır

İQTİSADİYYAT 06 sen 2019, 20:50

"Xınalığı turizm mərkəzinə çevirmək üçün böyük konsepsiya hazırlanır."



Demokrat.az ''Report''a istinadən xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Xınalıq Tarix Memarlıq və Etnoqrafiya qoruğunda ''Dağların başı'' musiqi festivalının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, konsepsiya hazırlandıqdan sonra Prezident İlham Əliyevə təqdim ediləcək:



"Konsepsiya təsdiq edildikdən sonra Xınalıqla bağlı çox böyük işlər görüləcək və turistlərin göstərdiyi maraq daha da artırılacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top