"Qəşəng qız baha olar da..." - Röya (VİDEO)

ŞOU-BİZNES 05 sen 2019, 23:21

Bir müddət öncə Əməkdar artist Röya Ayxanın "Rayon toylarına getmirəm" ifadəsi sosial media əhli arasında birmənalı qarşılanmayıb.

 

Röya Naxçıvanda konsert öncəsi MTV kanalına müsahibəsində dediyi sözlərin zarafat olduğunu və rayon toylarına yüksək məbləğə getdiyini etiraf edib: 

 

"Rayon toyuna gedəndə hamı oturur, əl çalır. Başqa müğənnilərdə isə ortalığa düşüb oynayırlar. Buna görə də yaxşısı budur ki, ora konsertə gedim. Rayon toylarına çox az gedirəm. Getdiyim bölgə, əsasən, Şəmkirdir.

 

Orada məni çox istəyirlər. Bir də deyirlər ki, qiymət bahadır. Qadan alım, qəşəng qız baha olar da..."(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top