Ermənilər Kəlbəcərin kəndlərinə qaz çəkdi

SİYASƏT 05 sen 2019, 19:12

“Acından ölən” ermənilər Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunun kəndlərini də qazla təmin etməyə başlayıb.

 

Demokrat.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda qondarma separatçı-terrorçu rejimin “Artsaxqaz” “qapalı səhmdar cəmiyyəti”nin rəhbəri sayılan Seyran Mikaelyan “5 sentyabr – qaz işçiləri günü” münasibətilə təbrik müraciətində danışıb. Onun sözlərinə görə, inzibati cəhətdən Kəlbəcər rayonuna aid olan  “Drmbon” adlandırılmış Heyvalı  və “Hetavan” adlandırılmış “Qozlu körpü” kəndlərinə qaz  xətti çəkilib. Xocavənd rayonunun “Uxtadzor” adlandırılmış “Edilli”  kəndinə qaz çəkilişi üçün işlər görülür. İşğaldan öncə çəkilmiş Hadrut-Tuğ qaz xətti isə yenilənib.

 

Xatırladaq ki, işğaldan əvvəl Kəlbəcər rayonunun heç bir kəndində qaz olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top