"Kəşmir məsələsindəki dəstəyə görə Azərbaycana minnətdarıq" - Pakistanın naziri

SİYASƏT 05 sen 2019, 21:02

"Cəmmu və Kəşmir problemi Pakistan üçün çox ciddi məsələdir".

 

Bunu “Report”a Pakistanın Xayber Paxtunxva əyalətinin informasiya naziri Şəfqət Əli Yusifzai bildirib.

 

“Bu gün kəşmirlilərin hüquq və azadlıqları ilə bağlı məsələ beynəlxalq səviyyədə müzakirə olunur. Bu, Pakistan üçün çox ciddi məsələdir. Belə ki, uzun illər ərzində ilk dəfədir bu məsələ BMT çərçivəsində müzakirə olunub. Həmçinin bu məsələdə bizə göstərdikləri dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildirmək istərdik”, – nazir deyib.

 

O, İslam Əməkdaşlıq Təşkilatının Kəşmirlə bağlı təmas qrupunda Azərbaycanın iştirakına, bu platforma çərçivəsində münaqişənin həllinə verdiyi töhfələrə də mühüm əhəmiyyət verdiklərini diqqətə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top