"Mən səni anlayıram, səndə məni anla!" adlı sosial layihəyə start verildi — FOTOLAR

DÜNYA 03 sen 2019, 18:57

İzmirin Gaziemir bölgəsinin Təhsil İdarəsi "Mən səni anlayıram, səndə məni anla!" adlı sosial layihəyə start verib. 


Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Təmiz əllər" qəzeti məlumat yayıb.


Layihənin açılış mərasiminə Türkiyənin tanınmış ictimaiyyət nümayəndələri də qatılıblar. 


Layihənin koordinatoru olan ingilis dili müəlliməsi Şaziye Çıkrıkçı həyata keçirdikləri proqramların təkcə ölkədaxilində deyil, xaricdə də maraqla qarşılandığını bildirib. 


O deyib ki, layihənin əsas məqsədi özəl təhsil alan şagirdlərin ailələri ilə sıx əlaqələr yaratmaqdır. 


Tədbirdə qeyd olunub ki, bu cür oxşar layihələr gələcəkdə də davam etdiriləcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top