“"Kupça”lar jurnalistlərə yaxın günlərdə paylanacaq" - RƏSMİ AÇIQLAMA

GÜNDƏM 05 sen 2019, 19:27

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci bina ilə bağlı yeni məlumat açıqlayıb. 

 

Demokrat.az xəbər verir ki, komitəinin mətbuat katibi Qulu Xəlilov Modern.az-a bildirib ki, məsələ yaxın günlərdə həll ounacaq:


“Ölkə rəhbəri Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilən və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar (“kupça”) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top