“Azərbaycanda erməni lobbisi ilə əməkdaşlıq edənlər var” — YAP-çı deputat

GÜNDƏM 05 sen 2019, 16:36

"Son dövrlər müxalifət düşərgəsində baş verənlər bu qüvvənin hansı səviyyədə olduğunu açıq şəkildə göstərir. Ona görə də bu adamların addımlarını ciddi qəbul etmək lazım deyil".


Demokrat.az xəbər verir ki, bu fikirləri Reyting.az-a açıqlamasında YAP-çı deputat Cavid Osmanov səsləndirib. 


Onun sözlərinə görə, qarşılıqlı ittihamlar, təhqirlər müxalifət düşərgəsinin hardansa idarə olunduğunu göstərir:


"Mənim gözümdə bunların hər bir addımı gülməlidir. Bunlar bu gün dostlaşırlar sabah nəyisə bölə bilmədikləri üçün bir-birini söyürlər. Mühacirətə gedənlər pul alırlar, sonra onu bölməyi bacarmırlar. Bunlar hakimiyyət xülyası ilə yaşayırlar. Amma bir komanda kimi fikirləri üst-üstə düşmür. Avropada və xaricdə yaşayan üzdəniraq "azərbaycanlılar", eləcə də burada olan müxalifət nümayəndələri özlərini tapa bilməyiblər. Çünki bunların aldıqları nəfəs belə yalandır və bir-birini ittiham etməklə məşğuldurlar". 


YAP-çı deputat bəzi müxalifət nümayəndələrini erməni lobbisinə işləməkdə də ittiham edir: 


"Avqustun 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan sərsəm bir bəyanat verdi. Burada yaşayan müxalifət nümayəndələri və Avropada olan mühacirlər eyni vaxtda fəallaşmağa başladılar. Görünür, bunlara eyni zamanda sifarişlər gəlir. Paşinyan orada ağzına gələni danışır, Əli Kərimli, Orduxan, Sevinc Osmanqızı dərhal sərsəm iddialar irəli sürməyə başlayırlar. Bu isə müxalifətçilərin eyni mərkəzdən idarə olunduğunu göstərir. Təbii, çoxları bilir ki, bu mərkəz erməni lobbisidir. Xalq da bunu gözəl anladığı üçün həmin qüvvələrin arxasınca getmir".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top