İcra Hakimiyyəti 1 milyonluq tenderlə bağlı açıqlama yaydı

GÜNDƏM 05 sen 2019, 14:42

Beyləqan rayon İcra hakimiyyəti 1 milyonluq tenderlə bağlı açıqlama yayıb.


İcra Hakimiyyətindən Demokrat.az-a daxil olan açıqlamada bildirilir ki, “İcra hakimiyyəti heç kimin tanımadığı “Vaqif”ə 1,0 milyon  manat  verir” başlıqlı xəbər həqiqətə uyğun deyil, böhtan xarakterlidir.


“Dərc olunan materialların saxta olduğunu bildiririk və dərin təəssüf hissi keçiririk.


Məlumat üçün bildiririk ki, abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün  08 avqust 2019-cu il tarixdə açıq tender keçirilmiş, “Vaqif” firması keçirilmiş tenderin qalibi elan olunmuşdur. 


Bildirik ki, tenderin qalibi “Vaqif” firması 1997-ci ildən təsis edilərək fəaliyyət göstərir. Firma Bakı şəhərində və regionlarda bir çox əhəmiyyətli abadlıq quruculuq sahəsində keyfiyyətli işlər görmüşdür. Hazırda həmin firma Beyləqan şəhərində davamlı olaraq aparılan abadlıq-quruculuq işlərini həyata keçirir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top