Tramp hidrometroloqların işinə qarışdı

DÜNYA 05 sen 2019, 09:00

ABŞ-ın prezidenti Donald Tramp hidrometroloqlarla mübahisə edib.

 

"RİA Novosti" xəbər verir ki, Ağ Ev rəhbəri "Dorian" qasırğasının ehtimal olunan yolunu əks etdirən xəritəni jurnalistlərə göstərib.

 

Xəritədə qasırğanın Alabama ştatından da keçəcəyi göstərilib. Daha əvvəl Tramp elə bu səpkidə fikir bildirmişdi və hidrometroloqların tənqidinə tuş gəlmişdi.

 

Milli hidrometrologiya xidməti isə Alabama əhalisinin təhlükəsizlikdə olduğunu bir daha bəyan edib: "Təkar edirik: "Dorian" Alabamada hiss olunmayacaq. Qasırğa ondan şərqdə qalacaq". (oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top