Azərbaycan və İranın Ukraynadakı səfirləri arasında görüş keçirildi - FOTO

Ukraynada Azərbaycan və İran arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

Demokrat.az xəbər verir ki, Azərbaycan və İranın Ukraynadakı səfirləri Azər Xudiyev və Monuçehr Moradi arasında bu gün keçirilən görüşdə Qara dəniz hövzəsində təhlükəsizliyin təmini, birgə regional layihələrin həyata keçirilməsi əsas müzakirə mövzusu olub.


Səfir A.Xudiyev bildirib ki, Ukraynada yaşayan Azərbaycan və İran iş adamlarının birgə iqtisadi layihələr həyata keçirməsi olduqca vacibdir. Bu istiqamətdə koordinasiyalı işlər görülməlidir.
M.Moradi isə öz növbəsində İranın Azərbaycanla birgə müştərək iqtisadi yatırımlar qoymasında maraqlı olduğunu açıqlayıb.


Görüşdə qərara gəlinib ki, Ukraynada Azərbaycan və İran iş adamlarının müştərək layihələri üçün xüsusi mexanizm hazırlanaraq həyata keçirilsin.

4 Sentyabr 2019, 18:55   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß