Bəyin 28, gəlinin 9 yaşı var — FOTOLAR

MARAQLI 04 sen 2019, 10:28

İran “İslam Məhkəməsi”ndən 28 yaşlı oğlanla 9 yaşlı qızın nikahının ləğv olunmasını tələb edib.


Demokrat.az-ın məlumatına görə, bu barədə jurnalist Babək Taqveya öz rəsmi twitter səhifəsində paylaşım edib.


Onun sözlərinə görə, İran nigah videosu sosial şəbəkələrdə yayıldıqdan sonra bu qərara gəlib.


Babək qeyd edib ki, bəy “Basidj” yıgmasının döyüşçüsü Milad Çeşanidir. Onun 28 yaşı var. Balaca qızla ailə qurmaga icazəni ona Boyer-Əhməd əyalətinin “İslam Məhkəməsi” verib.


Deyilənə görə, nigahın video görüntülərini öz twitter səhifəsində jurnalist xanım Masid Alinejad paylaşıb.


Paylaşımının altında qızın 13 yaşdan az olduğunu vurğulayan xanım, səlahiyyətlilərə səslənərək bu nigahın qanunsuz olduğunu bildirib.


Qeyd edək ki, 2002-ci ilədək İranda 9 yaşlı bir qızla ailə qurmaq mümkün idi.(Bizimyol.info)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top