Damla "Çukur" serialına çəkiləcək - FOTO

ŞOU-BİZNES 03 sen 2019, 17:52

Hər zaman reytinqlərdə birinci olan "Çukur" yeni mövsümdə məşhur aktyorları transfer edib.

 

Bu dəfə ekran işinə aktrisa Damla Sönmez də daxil olub. O, Baykalın qızı Efsun obrazını oynayacaq. 

 

Ötən mövsüm hər bölümü ilə tamaşaçıları ekrana bağlayan və möhtəşəm final yayımlayan serial bu dəfə də iddialıdır. "Çukur"un yaradıcıları heyətə daxil edilən yeni aktyorların adını hələ tam açıqlamadıqlarını bildirib.

 

Serialın baş rol ifaçısı Aras Bulut İynemli sosial şəbəkədə paylaşım edərək, artıq çəkilişlərin başladığını vurğulayıb.

 

Axsam.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top