"Minsk qrupunun monitorinqini boykot edək" — Hərbi ekspert "TƏHQİRLƏRƏ SON" DEDİ

GÜNDƏM 03 sen 2019, 17:05

Sabah monitorinq adı altında növbəti fırıldağın həyata keçirilməsinə yox deməliyik.


Demokrat.az bildirir ki, hərbi ekspert Üzeyir Cəfərov ATƏT-in Minsk qrupunun sabah Azərbaycanın Ermənistanla həmsərhəd Tovuz rayonu ərazisində növbəti monitorinq keçirəcəyinə münasibət bildirib.


Ü. Cəfərov hesab edir ki, beynəlxalq "mafioz" qruplar Ermənistana görə özlərini cırıb-dağıdırlar:


“Monitorinqin keçiriləcəyi ərazilər, bu yaxınlarda DSX-nin qəhrəman və cəsur əsgərlərinin şərəfsiz erməniləri geri çəkilməyə məcbur etdiyi yerlərdir. Xarici İşlər və Müdafiə Nazirliklərini bu monitorinqin keçirilməsinə icazə verməməyə səsləyirəm. Səbəb də çox sadə və məntiqlidir. Paşinyan və onun gədələrinin Azərbaycan dövlətinin ərazi bütövlüyü ilə bağlı artıq neçənci dəfədir bəyanatlar səsləndirməsinə baxmayaraq, ATƏT-dən, onun şərəfsiz Minsk qrupundan səs çıxmır. Bəs, niyə biz bu monitorinqin keçirilməsinə qarşı çıxa bilmirik?! Onların bizi bu qədər gücsüz saymağa ixtiyarı yoxdur. Ona görə də, biz sabahkı monitorinqi təxirə sala bilsək, nəhayət ki, bu mafioz üçlük və o polşalı saqqallı çaqqal bəlkə öz məsuliyyətlərini anlamağa başlayalar. Mən işlətdiyim ifadələrə görə zərrə qədər də çəkinmirəm və fikrimi hələ bir az yumşaq ifadə edirəm. O şərəfsiz yığını bütün azərbaycanlıları (içi mən qarışıq) neçə illərdir təhqir edirlər. Eyni zamanda onlar Paşinyan kimi gədələrin də bizi təhqir etmələrinə şərait yaradırlar”.

 

Image result for üzeyir cəfərov


Ü. Cəfərov Qarabağ müharibəsinin iştirakçısı olmuş veteranları, Qarabağsevərləri sabahkı tədbiri sivil formada boykot etməyə çağırıb:


“Sabah monitorinq baş tutmasa, onda bəlkə onlar Azərbaycan xalqının heysiyyatı ilə oynamağın mümkün olmayacağını başa düşərlər. Faktiki biz görürük ki, açıq şəkildə erməni alçaqlara dəstək göstərilir və bir sıra xoşagəlməz proseslər aparılır. Sabahkı monitorinq baş tutsa, Allah rəhmət eləsin Qarabağa da, Azərbaycan xalqına da. Allah Azərbaycanımızı belə rüsvayçılıqdan və biabırçılıqdan qorusun. Monitorinqə yox deyərək, ATƏT adlı bir fırıldaqçı, onun Minsk qrupu adlı mafioz, ermənipərəst şarlatanlarına təpki göstərək”.


Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 4-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.(Redaktor.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top