"Mətbəx qadınlarımız Paşinyandan daha çox siyasətçidir" — Politoloq

GÜNDƏM 03 sen 2019, 14:33

"Ümumiyyətlə Ermənistan baş naziri Nikol Paşinyanın nə deməsinə fikir vermək lazım deyil. Çünki bu adam küçədən gəlib və bizim bəzi siyasətçilər kimi kimlərinsə ağzından çıxmış sözləri təkrar etməyi sevir. Yəni bu şəxs özü öz məntiqi ilə danışa bilmir. Özünə hörmət edən siyasətçi belə sərsəm şeylər deməz. Heç Ermənistanın özü qondarma "DQR"-nı tanımayıb". 


Demokrat.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.


Politoloqun sözlərinə görə, Paşinyan gah qondarma DQR-nı Ermənistana birləşdirəcəyini söyləyir, gah da onu ayrı bir dövlət kimi qələmə verir: 


"Bunların arxasında Ermənistandakı daxili, siyasi gərginliyi yatırmaq dayanır. Əslində Paşinyan bütün bunları üzünə-gözünə bulaşdırmaqla məşğuldur. Bu adam siyasi düşüncəsi və siyasi məntiqi olmayan bir insandır. Ona görə də hər dəfə sərsəm ideya gündəmə gətirməklə istəyir ki, həm özü gündəmdə qalsın, həm də Ermənistandakı daxili gərginliyi nisbətən səngitsin. Bu insan həm Rusiyaya, Qərbə yaltaqlanır, həm də Qərbə yarınmağa çalışır. Yəni bu adam bir neçə kürsüdə oturmaq istəyir amma heç birində də otura bilmir. Paşinyan heç Ermənistan kürsüsündə oturmağa layiq deyil. Ona görə də Ermənistanda daxili gərginlik getdikcə artır. Bu adam adekvat adam və siyasətçi deyil. Onun bütün düşüncəsi, işi, gücü ancaq ara qarışdırmaqla məşğuldur. Hətta deyərdim ki, bizim mətbəx qadınları bundan daha çox siyasətçidir".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top