"Sevilya" Mahir Emreliyə rəsmi təklif göndərib

İDMAN 03 sen 2019, 18:59

"Qarabağ"ın hücumçusu Mahir Emrelini heyətinə qatmaq istəyən daha bir klubun adı bəlli olub.


"Sevilya" 22 yaşlı futbolçunu transfer etmək istəyib. İspaniya klubu Mahir üçün hətta "Qarabağ"a rəsmi təklif də göndərib.


Sevilyalıların yeni idman direktoru Ramon Monçi hələ "Roma"da işləyərkən Çempionlar Liqasının qrup mərhələsi oyunlarında gördüyü Emrelini "Sevilya"ya cəlb etmək istəsə də, keçid reallaşmayıb. 


Buna səbəb isə La Liqa təmsilçisinin millimizin üzvünü "Sevilya"nın B komandasına götürmək istəyi olub. Aşağı liqada oynamaq istəməyən Mahir "Qarabağ"da qalmağa üstünlük verib.
İspaniya klubu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.


Millimizin hücumçusu ilə Pireney yarımadasının "Malaqa", "Ekstremadura" və Fransanın "Genqam" klubları da maraqlanırdı. (Sportinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top