İllərlə "fast food" yeyən gənc kar və kor oldu

DÜNYA 03 sen 2019, 11:04

İngiltərədə 17 yaşlı bir gəncin 10 ildir ki, fast food, çips və bu kimi qidalar qəbul etməsi ona baha başa gəlib. Zərərli vərdişlərin nəticəsində gənc həm kar, həm də kor olub.

 

Xarici KİV-də yer alan məlumatlarda həkimlər xəstəni müayinə edərkən  məlum olub ki, gənc bu müddət ərzində yalnız qızardılmış ərzaqlar, ət, kartof, çipslə qidalanıb. Belə qidalar tədricən gəncdə vitamin çatışmazlığı, əsəbilik yaradıb. Artıq 15 yaşındakı oğlan görmə və eşitmə qabiliyyətinin zəiflədiyini hiss edib və 2 il sonra, yəni 17 yaşında hər iki hissiyatını tamamilə itirib.

 

Bristol Universitetinin həkimləri bildiriblər ki, qan testləri hələ 14 yaşında yeniyetmədə “B12” vitaminin çatışmadığını üzə çıxarıb. Həkimlər  B vitamininin çatışmazlığının halsızlıq yaratdığını, daha sonra görmə və eşitmə zəifliyinə gətirib çıxardığını da qeyd ediblər. Eyni zamanda xəstənin D vitamini qəbul etməməsi sümük xəstəliklərinin də yaranmasına səbəb olub.

 

Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top