“Gömrük və DSX arasındakı problemlər sərhəddə növbə gözləyən insanları incidir” — Ekspert

GÜNDƏM 02 sen 2019, 19:20

“Sərhəd buraxılış məntəqəsində DGK və DSX arasındakı münasibətlər yenidən nəzərdən keçirilib, tənzimlənməlidir.


Denokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, texnologiya üzrə ekspert Osman Gündüz qeyd edib.


Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidməti (DSX) arasında olan problemlər hələ də öz həllini tapmayıb:


“Ötən gün Dövlət Gömrük Komitəsində ölkədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib. Görüşdə gömrük generalları, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və s. qurumların nümayəndələri iştirak edib. Qəribədir ki, iştirakçılar arasında Dövlət Sərhəd Xidmətinin adına rast gəlmədim. Müşahidələr də göstərir ki, hazırda gömrük-sərhəd buraxılış məntəqələrində əsas problem Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidməti (DSX) arasında olan münasibətlər və bu qurumların qanunvericiliyin icazə verdiyi səviyyədəki paralel yoxlamalarıdır. DGK və DSX generalları dəfələrlə görüşsələr də, bu problem öz həllini tapmayıb”.

 

Image result for Osman Gündüz


“Əlavə, lazımsız proseduralar mövcuddur. Bir neçə yerdə pasport yoxlamaları var. Nəticədə isə insanlar saatlarla gözləməli olurlar, lazımsız vaxt itkisi və uzun növbələr yaranır. Son zamanlar gömrük sistemində bir xeyli müsbət dəyişikliklər baş verib. Sərhəd-buraxılış məntəqələrində keçid prosesinin sürətləndirilməsi, şəffaflığın təmin edilməsi üçün gömrük proseduralarının sadələşdirilməsi üçün müəyyən addımlar atılıb”.


Osman Gündüzün fikrincə, indiki məqamda daha ciddi uğurların əldə edilməsi üçün ilk növbədə, iki əsas problem öz həllini tapmalıdır:

 

Related image


“1. Sərhəd buraxılış məntəqəsində DGK və DSX arasındakı münasibətlər yenidən nəzərdən keçirilib, tənzimlənməlidir. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə daha yaxşı nəticələr əldə etmək istəyiriksə, onda bu iki qurum arasında yoxlamalardakı paralelçiliklər aradan qaldırılmalıdır.


2. Gömrük Məcəlləsi yenidən işlənməli və gömrük tariflərinə yenidən baxılmalıdır. DGK Gömrük Məcəlləsinin yenilənməsi ilə bağlı 2 il olardı ki, işlər aparırdı, bir xeyli görüşlər keçirib, təkliflər hazırlanmışdı. Amma bu məsələ hələ də öz həllini tapmayıb. Qonşu ölkələrlə müqayisədə gömrük rüsumlarında, məsələn avtomobillərə qoyulan və heç bir izahı olmayan rüsumlara yenidən baxılmalıdır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top