Azərbaycanda helikopter satılır — 100 min manata

HADİSƏ 02 sen 2019, 20:17

Azərbaycanda Mİ-8 MTV1 helikopteri hərraca çıxarılacaq.


Demokrat.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.


Helikopter 1991-ci ildə istehsal olunub. "Azərbaycan Hava Yolları" QSC-yə aiddir. Bu hava nəqliyyatı vasitəsinin start qiyməti 100 min manat olacaq.


Qeyd edək ki, Mİ-8 MTV1 helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır.


Hərrac oktyabr ayının 1-də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top