Qazaxıstan prezidenti vətəndaşların kreditlərini bağladı — 800 dollar borcu olanların pulunu dövlət ödəyir

DÜNYA 02 sen 2019, 18:42

Qazaxıstanın bankları və mikromaliyyə təşkilatları borcalanlara 33,6 milyard təngə (təxminən 87 milyon dollar) məbləğində kreditlər üzrə faiz və cərimələrinin borclarını bağlayıb.


Demokrat.az bildirir ki, bundan əlavə, ehtiyacı olan vətəndaşların da 300 min təngəyə (800 dollar) qədər olan borcları ödəniləcək. 


Kreditin məbləği daha çox olarsa, onun bir hissəsi ödəniləcək. Güzəştlər ailə başçısını itirmiş şəxslərə, aztəminatlı, himayədar müavinəti alan ailələr, əlillər, dövlət ünvanlı sosial yardım alanlara şamil olunur.

 

Image result for Долговая задолженность Президента Казахстана


Yoxsul vətəndaşlara dəstək məqsədilə həyata keçirilən bu layihə Prezident Kasım-Jomart Tokayevin müvafiq sərəncamına əsasən icra edilir.(Azpost.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top