"Damla çox qorxub" — Silahların işə düşdüyü toyla bağlı AÇIQLAMA

ŞOU-BİZNES 02 sen 2019, 14:54

Xəbər verdiyimiz kimi Gürcüstanda həmyerlilərimizin toyunda iştirak edən müğənni Damla gözlənilməz hadisə ilə üzləşib. O, Borçalıda məclislərin birində mahnı ifa edərkən qəflətən yanındakı şəxs silahdan havaya bir neçə dəfə atəş açıb. 


Demokrat.az xəbər verir ki, müğənninin prodüseri Şamil məsələ ilə bağlı “Yeni Sabah”a danışıb. 


O, ifaçının  baş verən hadisədən çox qorxduğunu bildirib:


“Srağagün gün baş verən hadisə zamanı Damla çox qorxub. Düzdür, sonradan qayıdıb toya davam etdi. Çünki qayıtmalı idi. İfasına davam etdi. Borçalıda adətdir, toylarda atəş açırlar. Bu cür qeyd edirlər. Damla hazırda qayıdıb. Səhhətində heç bir problem yoxdur, hər şey qaydasındadır”. 


Qeyd edək ki, ifaçının başına bənzər hadisə bir neçə il öncə də gəlmişdi.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top