Bakıda yeni “Mall” tikilir — FOTOLAR

HADİSƏ 02 sen 2019, 12:22

Bakıda yeni ticarət və əyləncə mərkəzinin (“Mall”) tikintisinə başlanılıb.


Demokrat.az “Marja”ya istinadla xəbər verir ki, Bakının Nizami rayonunda, Tofiq Abbasov küçəsi 5 ünvanında, keçmiş “Sevinc” (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyası yaxınlığı) müasir ticarət və əyləncə mərkəzi tikilir.


Məlumat lövhəsinə görə, ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaqdır. Mərkəzin altında 2 mərtəbəli avtomobil dayanacağı da nəzərdə tutulur. Mərkəzin tikildiyi ərazidəki parkın abadlaşdırılacağı bildirilir.


Layihə “Təbriz Centre” MMC tərəfindən reallaşdırılır. Podratçı “Xəzər-2016 İnşaat” MMC-dir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top