İTV-nin keçmiş sədr müavininə AzTV-də vəzifə verildi — Rövşən Məmmədovdan yeni TƏYİNATLAR

HADİSƏ 02 sen 2019, 12:03

AzTV- nin ABŞ və Mərkəzi Amerika ölkələri üzrə bürosuna yeni təyinatlar olub.


Demokrat.az xəbər verir ki, bununla bağlı televiziyanın sədr əvəzi Rövşən Məmmədov əmr imzalayıb. Əmrə əsasən həmin büroya tanınmış jurnalist Şaiq Məmmədov rəhbər, Elgün İbrahimov isə operator təyin olunublar.


Xəbəri AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov təsdiqləyib.


Şaiq Məmmədov 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.


Qeyd edək ki, R.Məmmədov AzTV rəhbər kimi çalışdıqdan sonra kanalın simasında xeyli dəyişikliklər edib, ciddi kadr islahatları aparıb, yeni layihələrə start verib.(BakuPost)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top