Azərbaycanda dəhşətli qəza: ana öldü, ata və iki uşaq ağır yaralı

HADİSƏ 01 sen 2019, 21:17
Bu gün Hacıqabulda "Mercedes" markalı "99 KN 769" dövlət nömrə nişanlı avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləri olublar.
 
Demokrat.az apa-ya istinadən xəbər verir ki, Bakı şəhərində məskunlaşan Ağdam rayon sakini 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlunun idarə etdiyi avtomobildə həyat yoldaşı 1978-ci il təvəllüdlü Allahverdiyeva Ruhiyyə İlyas qızı və övladları - 2007-ci il təvəllüdlü Elvira və 1999-cu il təvəllüdlü Xəyal olub.
 
 
 
Qəza nəticəsində R. Allahverdiyeva həyatını itirib, A. Allahverdiyev və övladları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
 
 
 
18:10
 
xxx
 
Bu gün Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
 
Demokrat.az apa-ya istinadən xəbər verir ki, hadisə saat 17.00 radələrində Bakı-Qazax magistralının Hacıqabul-Şirvan magistralı ilə kəsişməsinin yaxınlığında baş verib.
 
"Mercedes" markalı 99 KN 769 dövlət nömrə nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb və kiçik diametrli  qaz kəmərinin üzərinə düşüb. Qəza nəticəsində 2-si qadın olmaqla, 4 nəfər xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
 
Hər iki qadın xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, qadınlardan biri həyatını itirib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində tərəfindən araşdırma aparılır

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top