“Azərbaycan xalqı Ermənistanın işğal siyasətindən əziyyət çəkir”

GÜNDƏM 01 sen 2019, 18:58

XXI əsrdə Azərbaycan xalqı hələ də Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir.


Demokrat.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.


Daha sonra H.Hacıyev qeyd edib: "01.09.1939 - tarixin ən qanlı müharibəsi olan II Dünya müharibəsi başlayıb. XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü, bu yaxınlarda baş nazir səviyyəsində bir daha təsdiq edilən, II Dünya müharibəsinə xas olan işğal, anneksiya, anşlüz kimi siyasətdən əziyyət çəkir".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top