Azərbaycanlı müğənni 5 il qeyri-rəsmi nikahda yaşayıb — Sonra özünə toy edib

ŞOU-BİZNES 01 sen 2019, 17:44

Müğənni Amil Həsənoğlu beş il qeyri-rəsmi nikahda yaşadığını etiraf edib.


Demokrat.az axşam.az-a istinadla bildirir ki, sənətçi bu haqda "5/5" verilişində deyib. 


O bildirib ki, övladı olduqdan sonra toy edib:


"Toyu bu yaxınlarda etdim. Biz birlikdə yaşadıq, bir-birimizi tanıdıq, sonra evləndik. Toyumuz olanda uşağımız da var idi. Beş il qeyri-rəsmi nikahda yaşadıq. Tez evlənib-boşanırlar. Biz də onu gözümüzün qabağına gətirib, birlikdə yaşadıq. Ailəcanlıyam, niyə də mənə qız verməsinlər.


Burada qeyri-adi və eyib heç nə yoxdur. Uşağıma sahib çıxmışam. Xanımım yanımdadır. Niyə məni qınamalıdırlar ki?".


Qeyd edək ki, Amilin 2018-ci ildə toyu olmuşdu.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top