Hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı sərəncam qüvvəyə mindi

HADİSƏ 01 sen 2019, 16:24

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamı bu gün qüvvəyə minib.

 
Demokrat.az-ın xəbərinə görə, sentyabrın 1-dən qüvvəyə minən sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top