XXI əsr “hidrogen əsri” ola bilər — Karbohidrogenə alternativ axtarışı nəticə verir

MARAQLI 01 sen 2019, 10:20

AFR-də dünyada elektroliz metodu ilə hidrogen (H2) istehsalı üzrə ən böyük qurğunun inşası davam edir.


Demokrat.az xəbər verir ki, tezliklə ölkədə yaşayış tikililərinin qızdırılmasında təbii qazın bu elementlə qismən əvəzlənməsinə start veriləcək.


Bildirilir ki, bir sıra ölkələr, o cümlədən Böyük Britaniya, Niderland və Belçika metanın hidrogenlə əvəzlənməsi üzərində işləyirlər. Onlar hidrogen yanacağı ilə işləyən çay gəmisini sınaqdan keçirmək və hidrogendoldurma məntəqələri şəbəkəsi yaratmaq niyyətindədirlər.


Avstriya poladtökmə sənayesində kömür yerinə hidrogendən pilot rejimində istifadə olunmasına başlayıb və ölkənin üç konserni hazırda artıq bu məsələ üzərində çalışır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top