FİFA referimiz Misirdə oyun idarə edəcək

İDMAN 31 avq 2019, 21:13

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq oyun idarə edəcək.

 

Demokrat.az xəbər verir ki, o, Misir Futbol Federasiyasından dəvət alıb.

 

Belə ki, Ağayev və onun rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Zamalek" və "İttihad" komandaları arasında keçiriləcək görüşü idarə edəcəklər.

 

Qarşılaşma sabah İsmailia şəhərindəki eyniadlı stadionda keçiriləcək.

 

Qeyd edək ki, sözügedən oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Elçin Məsiyev olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top