"Azərbaycan ermənilərin tikdiyi binanı vurub dağıtmalıdır" - Aqil Abbas

SİYASƏT 31 avq 2019, 19:31

“Ermənilər Əsgəranda çoxmərtəbəli bina tikirsə, Azərbaycan tərəfi həmin tikilini vurub dağıtmalıdır”. 

 

Bunu millət vəkili Aqil Abbas Azərbaycanın işğal altında olan Əsgəran şəhərində erməni separatçılarının çoxmərtəbəli bina tikməsinə münasibət bildirərkən deyib. 

 

“Azərbaycanda kimsə gedib bir yerdə ayaqyolu tikəndə vurub dağıtmırlar? Bunu da vurub dağıtmalıdırlar. Başqa yolu yoxdur”, – deyə millət vəkili əlavə edib. 

 

Bildirək ki, separatçı erməni rejimi Azərbaycanın 28-ci ildir ki,   işğal altında qalan Əsgəran şəhərində çoxmənzilli binalar tikməyə başlayıb.

 

Erməni nəşrlərin yaydığı məlumata görə, artıq Əsgəranda 3 çoxmənzilli binanın bünövrələri qazılıb və tikinti işlərinə start verilib.

 

1991-ci ildən separatçı ermənilərin tam nəzarətinə keçmiş Əsgəran şəhəri Bərdə rayon mərkəzindən cəmi 60 km, işğal altındakı Ağdam rayon mərkəzindən isə 13-14 km məsafədə yerləşir. Şəhər XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası ilə məşhurdur. (Yenisabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top