Ölkədə bank sektoru iyul ayını zərərlə işləyib

İQTİSADİYYAT 31 avq 2019, 11:48

Azərbaycanda bank sektoru iyulun 30 günü ərzində 27,2 mln. manatlıq zərər edib və seketorun ilin ilk 7 ayı üzrə xalis mənfəəti 433,4 mln. manatdan 406,2 mln. manata düşüb.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin yanvar-iyul ayları üzrə icmalında deyilir.

 

Bununla belə, bankların faiz gəlirləri ötəniliki rəqəmlə müqayisədə 11 faiz artmaqla 1 milyard 94.6 mln. manata qalxıb.

 

Bankların faizlə bağlı xərcləri isə cəmi 311.2 mln. manat təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top