Ermənistanda sabiq nazirin qardaşı oğlu həbs edilib

DÜNYA 30 avq 2019, 23:18

Ermənistanda sabiq maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sədri Qagik Xaçatryanın həmin komitədə işləmiş qardaşı oğlu Karen Xaçatryan həbs edilib.


Demokrat.az “Armtimes”ə istinadən xəbər verir ki, müvafiq qətmanə İrəvan Ümumi Məhkəməsi tərəfindən çıxarılıb.


Bununla yanaşı, məhkəmə Milli Təhlükəsizlik Xidməti müstəntiqinin sabiq nazir barəsində də həbs qətimkan tədbiri tətbiq olunması barədə müraciətini müzakirə edir.


Qeyd edək ki, Qagik və Karen Xaçatryanlar avqustun 27-də MTX əməkdaşları tərəfindən saxlanılaraq onlara qarşı külli miqdarda mənimsəmə və ya israf, vəzifəli şəxslər tərəfindən vəzifəsindən ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan sui-istifadə haqqında maddələrlə ittihamlar irəli sürülüb.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top