"Qarabağ"ın qələbəsi Paşinyanın səsini batırıb — Politoloq Mübariz Əhmədoğlu

GÜNDƏM 30 avq 2019, 18:02

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ" futbol klubunun ardıcıl 6-cı dəfə Avrokuboklarda qrup mərhələsinə düşməsinin siyasi əhəmiyyətindən danışıb. 


Politoloq Demokrat.az-a açıqlamasında bildirib ki, son Azərbaycan çempionu "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsinə növbəti dəfə yüksəlməsi işğalçı Ermənistanı pərişan edib.


M.Əhmədoğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar bəzi erməni futbolçuları adından ucuz şou kampaniyası aparırdı:


"Biz bunu bu ilin mayında Bakıda keçirilən "Çelsi"-"Arsenal" klublarının Avropa Liqasındakı son final oyunu ərəfəsində də müşahidə etdik. Həmin vaxtı ermənilər futbolçu Henrix Mxitaryanın Bakıya gəlməməsini şouya çevirmişdilər. İndi də Ermənistanın yüksək vəzifəli məmurları "Ararat" klubunun Avropa Liqasının qrup mərhələsinə düşməsi üçün Lüksenburqa getmişdilər. Hətta, onlar özlərini elə arxayın aparırdılar ki, sanki "Ararat" qələbə qazanacaq. Ancaq onların bu ümidləri puç oldu. Ancaq eyni gündə "Qarabağ" klubunun qələbə qazanması erməniləri məyus etdi. Bu qələbə xalqımız üçün çox qiymətlidir".


Politoloq qeyd edib ki, "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi Nikol Paşinyanın səsini batırıb:


"Qarabağın bu qələbəsindən sonra artıq 1 gündür ki, Paşinyanın səsi çıxmır. Allah etsin ki, "Qarabağ"ın bu qələbəsi Paşinyanı ağıllandırsın!".


Zaur Hacılı
Demokrat.az   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top