Azərbaycanlı müğənni Türkiyədə 1 milyona villa alır

ŞOU-BİZNES 29 avq 2019, 23:27

Azərbaycanlı müğənni Çinarə Məlikzadə Türkiyədə özünə villa alır.


Demokrat.az  qaynarinfo-ya istinadən xəbər verir ki, "Gedək üzü küləyə” mahnısı ilə sosial şəbəkədə məşhurlaşan və Haluk Leventin dəstəyilə Türkiyə musiqi sektoruna qatılan gənc müğənni burada 40 konsertlik anlaşma imzalayıb.


Məlumata görə, hazırda qonşu ölkədə dincələn Çinarə Məlikzadə Bodrumu çox bəyəndiyindən özünə 1 milyon lirə (291 min 800 manat) dəyərində villa almaq qərarına gəlib. Müğənni bir çox daşınmaz əmlak mütəxəssisi ilə görüşsə də, hələ ki, istədiyini tapa bilməyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top